İcra başçısı 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ilk övladı dünyaya gəlmiş Vətən Müharibəsi veteranı Elnur Salahovun ailəsində olub
Rayonun Poladlı kəndində yaşayan “Azərbaycan Bayrağı” Ordenli Vətən Müharibəsi veteranı Elnur Salahovun ilk övladı dünyaya gəlib. Bu münasibət ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elnur Salahovun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
Rayon rəhbəri möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur Respublika Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordenindən başqa “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bu örnəkdən nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, Uşaqların Beynəlxaq Müdafiəsi Günü ərəfəsində yeni dünyaya gəlmiş Asya balanı təbrik etməyi özünə borc bildiyini qeyd edib.
Elnur Salahov və ailə üzvləri şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.