Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda silsilə tədbirlər davam edir

15 mart 2023 | 14:23

 “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadligı ugrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov  bildirib ki,   Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsi real müstəqilliyə nail olmaq, bütöv, bölünməz Azərbaycanı qoruyub saxlamaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün əsas vasitədir. Dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli-mədəni inkişafı və ideologiyasının formalaşması da elə Ulu öndərin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi  Tunarə Məmmədzadə   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə   Ulu Öndərin  100 illiyi ilə  əlaqədar 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı rayon icra hakimiyyətinin “Tədbirlər Planı”nın təsdiq olunması və rayonumuzda silsilə tədbirlər keçirilməsi barədə məlumat verib.

Bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı, fədakarlığı və zəngin idarəçilik təcrübəsi Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Tərtər DAİM-in direktoru Mehman Babayev, şəhər 3 saylı ümumi orta məktəbin müəllimi Kifayət Kərimova və Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva Ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə olduğu kimi elm, təhsil, mədəniyyət və kənd təsərrüfatı sahələrində də olan diqqət və qayğısından danışdılar.

Keçidlər