Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 2 fevral-Gənclər Gününə həsr edilmiş tədbir keçirilib

29 yanvar 2026 | 12:49

Tərtər şəhər Heydər Əliyev Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “2 fevral Gənclər Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, Tərtər Peşə Məktəbinin  və mərkəzin işçiləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndərin Həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar, sonra “dəyirmi masa” arxasında Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik  sükutla yad edilib. 

Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və Humanitar məsəsələr sektorunun müdiri Zabil Paşayev  çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqət və qayğı göstərdiyinu bildirib.Qeyd olunub ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutur. Bu əlamətdar gün gənclərə daim böyük diqqət və qayğı göstərmiş, müasir dövlət gənclər siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 29 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü kimi təqvimə daxil edilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətimizin gənclər siyasətinin möhkəm qanunvericilik bazası formalaşdırılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş çoxsaylı fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib.

Təməli Ulu Öndər tərəfindən qoyulmuş siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.Gənc nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətə və xalqa sədaqət prinsipləri əsasında formalaşdırılması, hərtərəfli sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Zabil Paşayev 44 günlük Vətən müharibəsinin gənclərimiz üçün əsl vətənpərvərlik məktəbi olduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun sıralarında döyüşən gənclərimizin qəhrəmanlığı barədə də danışıb.Qeyd edib ki, torpaqlarımızı düşməndən azad edən gənclər hazırda azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesində öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Tərtər Peşə Məktəbinin mütəxəsisi Aqşin İsmayılov, təlim ustaları Nərgiz Mürsəlzadə, Aynur Əliyeva, tələbələrdən Əhəd Abbaszadə, Pərişan Zeynalabdinova Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasətinin uğurla icra olunmasından, 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradımasından, həmin ildən etibarən gənclərin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsindən də danışıblar. Qeyd olunub ki, gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gənclərin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda, ali kürsülərdə təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Sonra tədbir iştirakçıları gənclər siyasətinə həsr edilmiş video çarxa baxıblar.

Keçidlər