“Heydər Əliyev İli – 2023”: Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin böyük yaş qrupunun üzvləri ilə N saylı hərbi hissənin əsgərləri arasında şahmat yarışı keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarla, hərbi hissələrlə birgə silsilə tədbirlər keçirir.
Aprel ayının 13-də Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Təhsil sektoru və rayon ərazisində yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin böyük yaş qrupunun üzvləri ilə N saylı hərbi hissənin əsgərləri arasında şahmat yarışı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir Uşaq-Gənclər İdman-Şahmat Məktəbində davam etdirilib.
Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhid atası Bəhruz İsgəndərov, N saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Emin Quliyev çıxış edərək şahmatçılara uğurlar arzulayıblar.
Yarışda 35 nəfər hərbçi, məktəbin isə 20 nəfər müəllim və şagirdi iştirak edib.
Şahmat yarışında fərqlənən əsgərlər Həsən Ağayev, Zaur Məmmədov, İbrahim Qazaxov, Babək Əliyev, Nurəli Nəcəfov, Məmmədəli Hüseynov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Cəlilli Tunar YAP rayon təşkilatı və Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən fəxri fərmanla təltif olunublar.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən şahmat yarışının təçkil olunmasında fəal iştirak etdiklərinə görə N saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, mayor Nicat Əsədov, mayor Rahim Ələkbərov, baş leytenant Rəşad Abdullayev də YAP rayon təşkilatı və Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən fəxri fərmanla təltif ediliblər.