“Heydər Əliyev ili – 2023”: Ümummilli liderə həsr olunmuş Inşa yazı müsabiqəsinin qalibləri müəyyən olunub
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin Tədbirlər Planına əsasən fevral ayının 6-da rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri müəyyən olunub.
Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbin onuncu sinif şagirdi Məmmədli Fatimə Rafət qızı birinci, Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rəhimli Səma Ruslan qızı ikinci, Rafiq Nuriyev adına şəhər 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Abdullayeva Ofeliya Əziz qızı üçüncü, Sərdar Zeynalov adına Kəngərli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Əsgərli Təhminə Kamran qızı, Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbin 10-cu sinif şagirdi Əlizadə Gülay Qamət qızı və İsmayıl Məmmədov adına şəhər 2 saylı məktəb liseyin 9-cu sinif şagirdi Qurbanlı Aysu Rüfət qızı isə dördüncü yeri tutublar.
Qaliblərə təhsil aldıqları məktəblərin direktorları tərəfindən təşəkkürnamələr təqdim olunub.