“Heydər Əliyev ili – 2023”: “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Statistika İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Mədəniyyət Mərkəzinin nümayəndələri və rayon Statistika İdarəsinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları öncə mərkəzdə Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra onlar mərkəzdə Ulu Öndərin həyat və fəliyyətin əks etdirən eksponatlara və Ümummilli Liderin 100 illlik yubileyinə həsr olunmuş kitab sərgisinə baxıblar.
Tədbirin davamı “dəyirmi masa” arxasında olub.
Öncə Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Ulu Öndərin 100 illik yubileyi ilə bağlı rayonda keçirilən silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider hakimiyyəti dövründə ölkəmizdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik işlər görüb. O,Azərbaycan xalqının və dövlətinin xilaskarıdır.
Sonra YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Mədəniyyət Mərkəzinin nümayəndəsi Mahir Qədimov, Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, idarənin əməkdaşları İradə Rəfiyeva və Həsən Məmmədov çıxış edərək bildiriblər ki, Ulu Öndər Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə imza atıb ki, onu sadalamaqla bitməz. O, həmişə xalqına, Vətəninə sadiq olmuş, azərbaycançılıq məfkurəsinin inkişafı üçün zəmin yaratmışdır. Heydər Əliyev xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxartmış, Azərbaycan həqiqətlərini dünyaya çatdırmış, Müstəqil Azərbaycanın əbədi olmasını qarşısına məqsəd qoymuşdur. Ona görə də Ulu Öndər əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq.