“Heydər Əliyev İli -2023”: Umudlu kənd tam orta məktəbin kollektivi “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Umudlu kənd tam orta məktəbin kollektivi Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiyası təşkil edilib.
Əvvəlcə ekskursiya iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən olan fotoları ilə tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur.
"Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir.
Orden 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək təltifidir.
Sonra məktəbin kollektivi muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar ilə tanış olublar.