Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: “Ulu Öndərin irsi milli sərvətimizdir!” mövzusunda “dəyirmi masa” keçirilib

04 may 2023 | 09:44

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Su-Kanal İdarəsinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərin irsi milli sərvətimizdir!” mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri  və Su-Kanal İdarəsinin kollektivi iştirak edib.

 Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri acaraq, bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ən mürəkkəb və çətin vəziyyətlərdə xalqına düzgün yol göstərən tarixi xidmətləri, sədaqəti, əməli fəaliyyəti ilə xalqına bağlılığını təsdiqləyən qətiyyətli dahi lider idi.

Ötən əsrin 70-ci illərində Azərbaycana ilk rəhbərliyi dövründə digər müttəfiq respublikalar kimi sovetlər birliyinin tərkibində olan, Moskvadan idarə edilən Azərbaycanda milli hərbi kadrların hazırlanması Ulu Öndərin ən böyük arzusu idi. Onun  həmin dövrdə böyük çətinlikləri dəf edərək  təməlini qoyduğu Cəmşid Naxçıvancki adına Hərbi Litsey milli hərbi kadırların bazası oldu.

Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, separatçı qüvvələr zərərsizləşdirildi. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Bütün bunun kökündə isə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

“Dəyirmi masa”da  çıxış edən Su-kanal idarəsinin rəisi Elnur Abbasov, İstismar qrupunun rəhbəri Namiq Məmmədov, texnoloq Elçin Əhmədov, mexanik Rais Abbasov, operator Kəmalə İsmayılova qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini əhatə edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması nəticəsində Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı.

Müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.

Keçidlər