Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda “dəyirmi masa” keçirilib

19 aprel 2023 | 14:26

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” da Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının, YAP rayon təşkilatının əməkdaşları, “Qızıl Aypara” cəmiyyətinin rayon bölməsnin sədri Etibar Heydərov və könüllülər, cəmiyyətin Bərdə rayon bölməsinin sədri  Rəfael Vəliyev iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatına İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri açaraq rayonda Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, müstəqillik dövründə AzQAC-ın itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu öndərin xüsusi rolunu vurğulayaraq, respublikanın şəhər və rayonlarında AzQAC-ın yerli bölmələrinin fəaliyyətinə verilən dəstəkdən danışıb. Həmçinin, Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən olan insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Dəyirmi masa”da  “Qızıl Aypara” Cəmiyyətinin Tərtər Rayon bölməsinin sədri Etibar Heydərov, fövqəladə mobil könülülər dəstəsinin qrup lideri Nicat İbrahimli, könüllülərdən Fatimə Kərimzadə və Tünzalə Nəcəfova çıxış edərək Ümummilli Liderin hakimiyyəti illərində bütün sahələrə olduğu kimi humanitar sahəyə də diqqət və qayğı göstərildiyini, ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra 2008-ci ildə onun sərəncamı ilə 10 mart Qızıl Aypara gününün təsis edildiyini, “Qızıl Aypara” Cəmiyyətinin könüllülərinin respublikamızda, eləcə də rayonumuzdakı fəaliyyətindən söhbət açıblar. Onlar “COVİD-19” Pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə göstərdikləri xidmətdən, AzQAC-ın bu istiqamətdə həyata keçirdiyi humanitar layihələrdəki işləri barədə məlumat veriblər. Bu sahədə onlara yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər

Sonda xatirə şəkili çəkilib.

Keçidlər