Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: Tərtərdə Ulu Öndərin anım gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib

11 dekabr 2023 | 15:58

Tərtərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.

Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.

Ümummilli Liderin elm və təhsilin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

“Dəyirmi masa”da digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətlərindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs ediblər.

Çıxışçılar Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib. O,xalqımız üçün əbədiyaşar liderdir.

Keçidlər