Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: Tərtərdə fəaliyyət göstərən muzeylər azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər

18 may 2023 | 15:13

May ayının 18-də “Heydər Əliyev ili” çərçivəsində Tərtərdə də fəaliyyət göstərən Heydər Əiliyev Mərkəzi, Tarix-Diyarşünaslıq, Dövlət  Rəmzləri və Vətən müharibəsində ermənilər tərəfindən  atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeylərində  “açıq qapı” günü keçirilib. Muzeyləri ziyarət edən idarə müəsisə və məktəb kollektivlərinə əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib, sonra eksponatlara baxış keçirilib.

Ekskursiya iştirakçılarına bildirilib ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda bayram edilir.

Azərbaycanda muzey işinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, Muzey İşi üzrə Elmi-Metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzi təşkil olunub. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial – xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz məhrum dövlət başçısı Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb.

2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur.

Ekskursiyalarda iştirak edənlər Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev Mərkəzlərinin respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Keçidlər