“Heydər Əliyev ili – 2023”: Tərtər rayonunun Şıxarx 2 nömrəli tam orta məktəbində Ümummilli Liderə həsr olunmuş foto guşə təşkil olunub
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir. Həmin Tədbirlər Planına əsasən rayonun səhiyyə, mədəniyyət və ümumtəhsil məktəblərində “Heydər Əliyev müstəqilliyimizin yaradıcısıdır” mövzusunda foto guşələr təşkil olunur.
Aprel ayının 11-də rayon icra hakimiyyətinin və təhsil sektorunun təşkilatçılığı ilə Şıxarx 2 nömrəli tam orta məktəbdə təşkil edilmiş foto guşəyə baxış keçirilib. Baxış zamanı məktəbin direktoru Laura Musayeva tədbir iştirakçılarına foto guşədə yer almış fotolar barədə ətraflı məlumat verib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev və Tərtər rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Emin Quluyev Ümummilli Liderin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.