Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: Tərtər hazırlıq kursunun kollektivi “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər

25 may 2023 | 17:30

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tərtər hazırlıq kursunun kollektivi Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiyası təşkil edilib.

Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var.

Sonra Hazırlıq kursunun kollektivi muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib.

Keçidlər