Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili - 2023 “ : Silsilə tədbilər davam edir Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları peşə bayramlarında Heydər Əliyev Mərkəzini ziyarət ediblər

13 fevral 2023 | 14:02

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər keçirilir.

Fevral ayının 13-də rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzə Dövlət Xidmətinin  Tərtər rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzə Dövlət Xidmətinin  Tərtər rayon şöbəsinin əməkdaşları öz peşə bayramlarında  Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

 Tədbir iştirakçıları öncə mərkəzdə  Umummilli Liderin büstünün önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla anıblar.

Sonra onlar mərkəzdə Ulu öndərin  həyat və fəliyyətini əks etdirən eksponatlara və Umummilli Liderin 100 illlik yubileyinə həsr olunmuş  kitab sərgisinə baxıblar.

Keçidlər