“Heydər Əliyev İli -2023”: “Milli dövlətimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Təhsil sektorunun təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə “Milli dövlətimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Təhsil sektorunun nümayəndələri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra onlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
“Dəyirmi masa” YAP rayon təşkilatının inzibati binasında keçirilib. Əvvəlcə ”dəyirmi masa” içtirakçıları Ulu Öndərin və torpaqlarımızın suverenlliyi uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilmiş və keçiriləcək tədbirlərdən danışıb. Sonra 15 iyun-Milli Qurtuluş Gününün tarixindən, Ümummili Liderin siyasi fəaliyyətindən, onun xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsndən, qarşıdurmadan azad etməsindən, qardaş qırğınının qarşısını almasından danışıb. 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi düşdüyünü qeyd edib.
Sonra YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Təhsil Sektorunun metodisti Müsaməddin Qurbanov, Ələsgərli kənd tam orta məktəbinin direktoru İnqilab Baxışov, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdi Xədicə Tağıyeva, 1 saylı tam orta məktəbinin şagirdi Fuad Abdullazadə və Qaradağlı kənd tam orta məktəbinin şagirdi Mirkazım Qəhrəmanov çıxış ediblər. Onlar çıxışlarında Ulu Öndərin öz üzərinə götürdükləri tarixi missiyanı yerinə yetirərək Milli dövlətimizin xilaskarına çevrilməsindən danışıblar. Qeyd olunub ki, xalq öz sədaqətli, uzaqgörən oğlu Heydər Əliyevə bel bağlamaqda səhv etməyib.
Azərbaycanda sarsılmaz xalq-Prezident həmrəyliyi, xalqımızın demokratik dəyərlərə bağlılığı, öz milli dövlətçiliyinə və onun böyük rəhbərinə dərin inamı bir daha bütün dünyaya sübut olundu.
Azərbaycan xalqı bir daha əmin oldu ki, Ulu Öndərimizin böyük nüfuzu, güclü siyasəti nəticəsində Azərbaycan tezliklə bütün dünyada tanınacaq. Və belə də oldu. Bu gün isə Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.