Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev İli -2023” : “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib

31 may 2023 | 12:24

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının  təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş  “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O  öz çıxışında bildirib ki, Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir.

Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. O zamankı hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi.

“Dəyirmi masa”da  YAP rayon təşkilatının  nümayəndəsi Əli Paşayev, rayonun Çayli kənd İƏD üzrə nümayəndəsi Xaliq Hümbətov, nümayəndənin müavin Niyazi Məmmədov, Ağdərə şəhər İƏD-i üzrə nümayəndəliyin mühasibi Rəfael Əliyev, Ulu Qarabəy kənd İƏD-i üzrə nümayədəliyin mühasibi Zəminə Əzimova şıxış ediblər. Çıxışlarda bildirilib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan natiqlər bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib və ərazi bütövlüyümüz bərpa olunub.

Keçidlər