Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz” mövzusunda “dəyirmi masa” keçirilib

29 noyabr 2023 | 18:06

Tərtər Rayon İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsinin birgə təşkilatçılığı  ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda  “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da dini icma sədrləri, dini ayinlərin icraçıları, ümumtəhsil məktəbləri direktorlarının müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini--dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev tədbiri açaraq , milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan bəhs edib. Bildirb ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən - nəslə ötürmüşdür. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli-mənəvi yaddaşına beynəlxalq aləmin ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda ulu öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “... Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Zabil Paşayev onu da qeyd edib ki,  Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi.Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət verib. Ulu öndərin tövsiyələri ölkəmizdə böyük uğurla həyata keçirilir. Bu siyasəti davam etdirən Azərbaycan Prezidenti cənab İham Əliyev mənəvi dəyərlərimizin inkişafına və təbliğinə böyük dəstək verir. Digər məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanılması dövlət başçısının daim diqqətindədir. Prezident cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda dünya mədəniyyətinə də öz töhfəsini verməkdədir. Təbii ki, bu məsələdə adı çəkilən sahəyə dövlət qayğısının gündən-günə artması milli-mənəvi sərvətlərimizin dünyada tanıdılmasına geniş imkanlar açır. Adət-ənənələrimizi, milli mətbəximizi və musiqimizi beynəlxalq miqyasda tanıtmaq üçün dövlətimiz bir çox tədbirlər təşkil edir.

Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan mədəni irsinin bir çox nümunələri UNESCO-nun Bəşəriyyətin Qorunan Mədəni İrs Siyahısına daxil edilmişdir. Buraya muğam sənəti, tar ifaçılığı, qədim misgərlik, aşıq sənəti, Novruz bayramı və s. daxildir. Dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi mütəmadi olaraq təbliğ  olunur. 

Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov çıxış edərək Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verib,milli-mənəvi və dini dəyərlərdən, eləcə də onların gənc nəslin yetişdirilməsindəki rolundan danışıb.

Sonra YAP Tərtər Rayon Təşkilatının sədr müavini Azər Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov və Ulu Qarabəy kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Zəminə Əzimova çıxış ediblər. Çıxışçılar ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan işlərdən söhbət açıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması və inkişafı istiqamətindəki xidmətlərindən danışıblar. Bildirilib ki, hər hansı bir ölkədə xalqın milli- mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Keçidlər