Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: “ Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda “dəyirmi masa” keçirilib

27 aprel 2023 | 15:44

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının  və Tərtərçay Hidroqovşaq İstismarı İdarəsinin kollektivinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda  “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Dəyirmi masa”da çıxış edən Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev Ümummilli liderin 100 illik yubileyi ərəfəsində rayonda keçirilən silsilə tədbirlərdən danışıb. O, çıxışında  Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ilinin milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunduğunu vurğulayıb. Qeyd olunub ki, bu dövr bir-birindən zaman və ictimai-siyasi  vəziyyət baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.

Tarixin ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

“Dəyirmi masa”da YAP rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Tərtərçay Hidroqovşaq İstismarı İdarəsinin mühəndisləri Sabir Kərimov, Əbülfət Nəbiyev və nəzarətçi Ceyhun Mehdiyev çıxış etmişlər. Çıxışlarda xususi olaraq vurğulanıb ki, Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Keçidlər