Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli -2023”: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib

03 may 2023 | 12:00

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Azərpambıq” MMC-nin Tərtər filialının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri  və “Azərpambıq” MMC-nin Tərtər filialının kollektivi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri acaraq payonda Ümummilli liderin 100 illik yubileyinə həs olunmuş tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində bütün bölgələr kimi Tərtər rayonuna da göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki,  xalqının xilaskarına çevrilən Heydər Əliyev xalqını zamanın ağır sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq  onu öz müstəqilliyinə qovişdurmuşdur. Azərbaycan dövləti yeni əsrə, yeni miniilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Tədbirdə YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, “Azərpambıq” MMC-nin Tərtər filialının direktoru  Fəqani Babışov, əməkdaşlardan Tofiq Paşayev, Pərvin Misirova, Mühafizə xidmətinin rəisi Elçin Mənsimov çıxış ediblər. Çıxışlarda  qeyd olunub ki, Ulu Öndərin birinci  hakimiyyəti illərində (1969-1982-ci illər) respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Həmin dövrdə rayonumuzda da pambıqtəmizləmə zavodu, şirə zavodu, elektomexanika zavodu və s. sənaye obyektləri tikilib.

Ümummilli Liderin xalqın təkidli tələbi ilə ikinci dəfə  ölkə rəhbərliyinə qayıdışı ilə  bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanılıb. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoyub.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib.

 Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.

Keçidlər