Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev İli -2023”: “Azərbaycanda Meliorasiya və su təsərrüfatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda “dəyirmi masa” keçirilib

20 aprel 2023 | 10:59

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Suvarma Sistemləri İdarəsinin birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Meliorasiya və su təsərrüfatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları və  rayon Suvarma Sistemləri İdarəsinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev Ümummilli liderin 100 illik yubileyi ərəfəsində rayonda keçirilən silsilə tədbirlərdən, Ulu öndərin hakimiyyəti dövründə ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə görülən işləri diqqətə çatdırıb.

“Dəyirmi masa” da iştirak  edən rayon suvarma sistemləri idarəsinin rəisi Şəmil Ziyadov, rəis müavini Zahid İbrahimov, şöbə müdiri Əzizə Rüstəmova və baş mühasib Zamik Həsənov meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev  5 iyunun  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixdə Sərəncam imzalamışdır.

Keçidlər