Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Vətən Müharibəsi şəhidlərinin övladlarına ərzaq yardımı göndərib

25 noyabr 2025 | 10:13

Heydər Əliyev Fondu Zəfər Günü münasibətilə Vətən Müharibəsi şəhidlərinin 18 yaşınadək övladlarına ərzaq yardımı göndərib.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində yaşayn 22 nəfər Vətən Müharibəsi şəhidinin ailəsini ziyarət edib və Fond tərəfindən göndərilmiş ərzaq sovqatlarını onlara təqdim ediblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər