Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu şəhid ailələrinə Qurban bayramı münasibətilə sovqatlar göndərib

10 iyul 2022 | 14:54

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qurban bayramı günlərində Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.

Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində yaşayn 64 nəfər Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qurban bayramı münasibətilə təbrikini, eləcədə Fond tərəfindən göndərilmiş bayram sovqatlarını onlara çatdırıblar.

Şəhid ailələri onlara göstərilən davamlı diqqət və dövlət qayğısına görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna öz dərin təşəkkürlərini ifadə ediblər.

Keçidlər