Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənriz kəndində daha 29 ailə yola salınıb

24 iyul 2025 | 17:19

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davam edir. İyulun 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.

Həsənriz kəndinə bu mərhələdə 29 ailə - 114 nəfər köçürülür. Bu mərhələdəki köçdə nəzərə alınmaqla, ümumilikdə Həsənriz kəndinə 159 ailə - 566 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçidlər