Hərbçilərin 44 günlük Vətən Müharibəsində ermənilərin atdığı “Smerç” tipli raket nəticəsində şəhər sakini Sahib İsmayılovun dağılmış evinin yerində yaradılmış ev muzeyinə ekskursiyası təşkil olunub.
“Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə hərbi hissənin zabit və əsgərlərinin 44 günlük Vətən Müharibəsində ermənilərin atdığı “Smerç” tipli raket nəticəsində şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış evinin yerində yaradılmış ev muzeyinə ekskursiyası təşkil olunub.
Rayon icra hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev öncə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, 44 günlük Vətən Müharibəsində Tərtər rayonuna dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, ev muzeyinin yaradılmasında məqsəd gələcək nəsillərə ermənilərin törətdikləri vandalizmi çatdırmaqdır.