Həmyerlimiz Sevinc Əlizadə Prezident təqaüdünə layiq görülüb
04 oktyabr 2025-ci il tarixdə Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək.
Sevindirici haldır ki,həmin tələbələr arasında Tərtər şəhər 5 nömrəli orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızının da adı var. Sevinc Əlizadə orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb.O, Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin tələbəsidir.
Sevinci ürəkdən təbrik edir,ona təhsildə uğurlar diləyir, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən etimadı qazandığı uğurlarla doğrultmağı arzu edirik.






