Şriftin ölçüsü :

Saytın rəngi :

Güləbatlı kənd sakinlərinin müraciəti həll olunub

08 aprel 2026 | 15:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Güləbatlı kənd sakinləri müraciət edərək kəndin ərazisinə atılan məişət tullantılarının təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Buruc bələdiyyəsi tərəfindən qeyd olunan ərazi xüsusi texnika vasitəsilə məişət tullantılarından təmizlənib ərazi səliqə səhmana salınıb. Qeyd edək ki, məişət tullantılarının atılması üçün xüsusi quyular qazılıb.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər