Gülabatlı kəndində “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində təlim keçirilib
26 avqust 2025 | 11:51
“Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərtər rayonunun Gülabatlı kəndində “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində təlim keçirib. Təlimin sonunda iştirakçılara "Azad İstehlakçılar" İctimai Birliyi tərəfindən Sertifikatlar təqdim olunub.






