Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər sülhün carçılarıdır” mövzusunda tədbir keçirilib

16 sentyabr 2026 | 09:49

“Sülh aylığı” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Gənclər sülhün carçılarıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, Peşə Məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən  rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova sülhün bəşəriyyət üçün ən ali dəyərlərdən biri olduğunu qeyd edərək, gənclərin sülh ideyalarının təbliğində mühüm rolundan danışıb,ölkəmizin sülh və təhlükəsizlik istiqamətində həyata keçirdiyi siyasətdən, Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasında göstərdiyi təşəbbüslərdən bəhs edib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Pərişan Orucova,  YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, ,İctimai Şuranın sədri,”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova,məktəbin müəllimi Tacirə İlyasova,kitabxanaçısı Fəridə İsrafilzadə çıxış ediblər. Çıxışlarda gənclərin sülh mədəniyyətinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasında üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulanıb. Bildirilib ki, gənclər cəmiyyətin ən fəal və dinamik təbəqəsi kimi sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq ideyalarının təbliğində mühüm rol oynayırlar. Onların fəallığı və təşəbbüskarlığı daha təhlükəsiz və dayanıqlı gələcəyin qurulmasına mühüm töhfədir.

Tədbir zamanı  Tərtər Peşə Məktəbinin tələbələri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər