Şriftin ölçüsü :

Saytın rəngi :

Fiziki aktivliyin təşviqi məqsədilə maarifləndirici materiallar hazırlanaraq paylanılıb

28 iyul 2026 | 11:10

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşlarının iştirakı ilə  işləyən əhali arasında fiziki aktiv həyat tərzinin təşviqinə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən  rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev,Mərkəzləşdirilmiş kitabxana sisteminin dikertoru Şəlalə Əliyeva fiziki aktivliyin sağlam həyat tərzinin ayrılmaz tərkib hissəsi olduğunu bildirərək qeyd ediblər ki, müntəzəm idman və gündəlik fiziki hərəkətlər ürək-damar, şəkərli diabet, piylənmə və digər qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, xüsusilə oturaq iş rejimində çalışan insanların gündəlik fiziki aktivliyə vaxt ayırmaları, sağlam qidalanmaları və aktiv həyat tərzi sürmələri onların sağlamlığının qorunmasına müsbət təsir göstərir.

Tədbir zamanı fiziki aktivliyin faydalarına dair hazırlanmış maarifləndirici buklet və digər məlumat materialları iştirakçılar arasında paylanılıb, onlara sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib.

Sonda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər