Şriftin ölçüsü :

Saytın rəngi :

Əskipara kəndində ağacəkmə və təmizlik aksiyası keçirilib

17 fevral 2026 | 18:04

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kənd ərazisində təmizlik və ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi və sanitariya vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılıb, ərazidə müxtəlif növ ağac və gül kolları əkilib. Əkilən ağaclar və gül kollarına aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd kənd ərazisində ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi, həmçinin sakinlər arasında təmizlik, abadlıq və yaşıllaşdırma ənənələrinin təşviq olunmasıdır.

 

Keçidlər