Əskipara kəndində abadlıq və təmizlik işləri görülüb
17 aprel 2026 | 11:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun şəkildə Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kənd ərazisində abadlıq və təmizlik işləri həyata keçirilib.
Görülən işlər çərçivəsində kənd ərazisində yerləşən şəhidlər abidəsinin ətrafı təmizlənib, ərazi səliqəyə salınıb. Həmçinin işıq dirəkləri rənglənib, yaşıllıq ərazilərdə biçin işləri aparılaraq ümumi görünüş yaxşılaşdırılıb.
Keçirilən tədbirlərin əsas məqsədi kənd ərazisində təmizlik və abadlıq səviyyəsinin yüksəldilməsi, ictimai məkanların səliqəli saxlanılması və sakinlər arasında bu istiqamətdə məsuliyyətin artırılmasıdır.






