Şriftin ölçüsü :

Saytın rəngi :

“ƏSGƏRƏ” məktub layihəsi şəhər 6 nömrəli tam orta məktəbdə

11 dekabr 2024 | 14:11

Tərtər Rayon İcra Hakimiyyəti Gəncə Hərbi Qarnizonunun  İdeoloji Mədəniyyət Məkəzi  ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Tərtər şəhər 6 nömrəli tam orta məktəbində şagirdlərdə hərbi vətənpərlik hisslərinin gücləndirilməsi məqsədilə kütləvi hərbi vətənpərvərlik tədbiri olan “Əsgərə məktub” layihəsi həyata keçirib.

Tədbirdə  Tərtər Rayon İcra Hakimiyyəti  başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, məktəbin pedaqoji kollektivi, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib. Ulu Öndərin  və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Gəncə Hərbi Qarnizonun  İdeoloji Mədəniyyət Məkəzinin şöbə müdiri Şəhla Abduləliyeva Ulu Öndərin Azərbaycan Milli Ordusunun yaradıcısı olduğunu qeyd edib, ictimaiyyətlə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti  başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, məktəbin direktoru Rüfət İsmaylov müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin Ordu quruculuöu ilə bağlı gördüyü işlərdən, həyata keçirdiyi islahatlardan, Milli Ordumuzun zəfərlə nəticələnən qələbəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən, işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işlərindən danışıblar. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.

Layihə iştirakçıları  Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları  məktublarla çatdırıblar.

Keçidlər