Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”

25 may 2026 | 14:47

28 May–Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, YAP rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, gənclər və müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin əməkdaşı Pərişan Orucova ,YAP rayon təşkilatının nümayəndəsi Samirə Zeynalova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizdə mühüm hadisə olduğunu, xalqımızın azadlıq və müstəqillik arzularının təntənəsi kimi böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dövlət müstəqilliyi qorunub möhkəmləndirilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmiz hərtərəfli inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib.

Sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov, mərkəzin direktoru Səlimə Yusibova, əməkdaşları Mərziyə Əmirxanlı, Ülviyyə Süleymanlı, bəstəkar-yazar Sərxan Tərtərli müstəqil Azərbaycanın qazandığı uğurlardan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindən, milli-mənəvi dəyərlərin qorunmasından bəhs olunub. Bildirilib ki, xalqımızın ən böyük sərvəti olan müstəqilliyimizin əbədi və dönməz olması hər bir azərbaycanlının əsas amalıdır.

Bədii hissə ilə davam edən tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Keçidlər