Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Tərtər rayonunda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev oktyabrın 6-da Tərtər rayonunda sakinləri qəbul edib.
Qəbuldan öncə Aparat rəhbəri Fuad Musayev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Sonra isə vətəndaşların müraciətlərini dinləyib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də olub.
F.Musayev bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.