Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Tərtər rayonunda vətəndaşları qəbul edib

09 sentyabr 2022 | 18:27

Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.

Müraciət edənlər sırasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə də olub. V.Nəsirli qəhrəmanımızın sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Keçidlər