Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Tərtərdə tədbirlər keçirilir
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.2-cı bəndi ilə əlaqədar - əlilliyi olan ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında hələ tətbiq olunmayıb.
Lakin Qarabağ Regional DOST Mərkəzinin nümayəndələri ahıl və əlilliyi olan şəxslərin evdə səyyar sosial xidmətlərin keyfiyyətinə nəzarət etmək, işçilərin vaxtı-vaxtında xidmət yerində olub-olmamasını yoxlamaq məqsədilə xidmət zamanı telefonla əlaqə saxlayaraq, görüntülü video və şəkillərə baxaraq və digər monitorinq üsulları ilə xidmətin keyfiyyətini nəzarətdə saxlayırlar.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ahıl şəxslərin müraciətlərinə rayon icra hakimiyyətində daim diqqət və qayğı ilə yanaşılır və problemlərinin həllinə köməklik göstərilir.