Ələsgərli kənd sakinlərinin müraciəti həll olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşma məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Qəbullar zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır və onların həlli istiqamətində zəruri tədbirlər görülür.
Rayon icra hakimiyyəti başçısının və Milli Məclisin Deputatı Anar Məmmədovun Ələsgərli kəndində keçirdiyi səyyar qəbul görüşü zamanı kənd sakinləri müraciət edərək şəhidlər bulağının qarşısında asfalt örtüyünün altından keçən suötürücü borunun yararsız vəziyyətdə olduğunu bildirərək onun yenisi ilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən verilmiş 12 metr uzunluğunda suötürücü boru Buruc bələdiyyəsinin iştrakı ilə xüsusi texnika vasitəsilə çıxarılaraq yenisi ilə əvəz edilmişdir.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






