Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib

29 iyul 2026 | 14:56

Tərtər Rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının  təşkilatçılığı ilə əhalinin müxtəlif yaş kateqoriyaları, sosial-iqtisadi vəziyyəti və gender xüsusiyyətləri nəzərə alınmaqla sağlam həyat tərzinin təşviqi, davranış risk amillərinin öyrənilməsi, müntəzəm monitorinqi və qiymətləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə müxtəlif yaş kateqoriyalarəndan olan kişi və qadınlar iştirak ediblər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev,rayon mərkəzi xəstəxanasının həkimləri Həyat Hüseynova,Məhbubə Nuriyeva çıxış ediblər.Onlar sağlam həyat tərzinin cəmiyyətin sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıdığını, qeyri-sağlam qidalanma, fiziki passivlik, tütün və alkoqol istifadəsi  kimi risk amillərinin vaxtında müəyyən edilərək qarşısının alınmasının vacibliyini bildiriblər.Qeyd edilib ki, əhalinin sağlamlıq göstəricilərinin mütəmadi izlənilməsi, yaş, sosial-iqtisadi və gender xüsusiyyətləri nəzərə alınmaqla aparılan monitorinqlər gələcəkdə daha səmərəli profilaktik tədbirlərin həyata keçirilməsinə imkan yaradır.

Çıxışlarda sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin, əhalinin sağlam davranış vərdişlərinə yiyələnməsinin və risk amillərinin azaldılması məqsədilə müvafiq qurumların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, onlara sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini əks etdirən maarifləndirici materiallar təqdim olunub.

Keçidlər