ƏƏSM-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialınınTərtər Rayon üzrə Xidmət şöbəsi Tərtər Peşə Məktəbində işgüzar görüş keçirib
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Peşə Məktəbinin təşkilatçılığı ilə məktəbdə işgüzar görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Murad Muradlı, Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov, xidmət şöbəsinin mütəxəsis-karyera məsləhətçisi Pərviz Quluzadə, Nəbi Şükürov və məktəbin kollektivi iştirak ediblər.
Əvvəlcə Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov təşkil olunan aktual peşə kursları, peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və onların işlə təmin olunması istiqamətində görülən tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Sonra Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin mütəxəsis-karyera məsləhətçiləri Pərviz Quluzadə və Nəbi Şükürov, Tərtər Peşə məktəbinin direktoru Əli Babayev rayonda təşkil olunması planlaşdırılan peşə kursları üçün təlimçi ehtiyyatlarını tədbir iştirakçıları ilə analiz ediblər.






