Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib
26 iyul 2024 | 11:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidməti, reabilitasiya vasitələri, ünvanlı sosial yardım və işlə təmin edilmə ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.