Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru şəhid Baxışlı Baxışın üç mərasimi keçirilib

12 iyun 2024 | 16:45

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlunun üç mərasimi keçirilib. 

Mərasimdə şəhidin doğmaları ilə yanaşı  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər  iştirak edib.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.

Subay idi.

Allah rəhmət eləsin!

Keçidlər