Dövlət Komitəsinin Sədri Tərtərdə vətəndaşlari qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 14-də Tərtər rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ramin Məmmədov Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarından olan vətəndaşlar dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın kitablarla təmin edilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.






