Şriftin ölçüsü :

Saytın rəngi :

Dəmirçilər kənd sakinlərinin müraciəti həll olunub

19 may 2026 | 16:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Dəmirçilər kənd sakinləri müraciət edərək kəndin daxili yollarında yerləşən gecə işıqlandırma dirəyinin yanmış lampalarının yenisilə əvəz olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Dəmirçilər kənd İƏD üzrə nümayəndəlik tərəfindən xüsusi texnika vasitəsilə gecə işıqlandırma dirəklərinin yanmış lampaları yenisilə əvəz olunmuşdur.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər