Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmilli kənd sakinlərinin müraciəti həll olunub

04 mart 2026 | 18:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həm icra hakimiyyətində, həm də yerlərdə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Bu görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri yerindəcə öyrənmək, mövcud problemləri aradan qaldırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir.

Növbəti qəbul zamanı Cəmilli kənd sakinləri müraciət edərək, kənd qəbiristanlığına gedən yolun bəzi hissələrinin çökdüyünü və gediş-gəlişdə çətinlik yaratdığını bildiriblər. Sakinlər həmin hissələrin doldurularaq hamarlanmasını xahiş ediblər.

Vətəndaşların müraciəti əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Qaradağlı bələdiyyəsi tərəfindən qəbiristanlığa gedən yola çınqıl-qum qarışığı tökülərək xüsusi texnika vasitəsi ilə hamarlanmışdır.

Kənd sakinləri müraciətlərinin qısa müddət ərzində həll olunmasına və onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər