Şriftin ölçüsü :

Saytın rəngi :

Buruc kənd sakinlərinin müraciəti həll olunub

30 mart 2026 | 10:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
 
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Buruc kənd sakinləri müraciət edərək subartezian quyusunun yanmış nasosunun dəyişdirilərək yenisilə əvəz olunmasını xahiş ediblər.
 
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən subarteizan quyusunun yanmış nasosu yenisilə əvəz olunaraq sakinlərin istifafəsinə verilmişdir.
 
Buruc kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər