Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Tərtərdə 11 tona yaxın yaş barama istehsalı gözlənilir

22 may 2025 | 14:36

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün 2025-ci ildə ipəkqurdu saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.

Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birlikdə Seydimli kəndində ipəkqurdunun bəslənilməsi vəziyyəti ilə tanış olub, kümçülərə müvafiq tövsiyə və tapşırıqlarını veriblər.

Qeyd edək ki, ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib. Bu il isə 11,2 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından  280 qutu ipəkqurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.

Keçidlər