Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gündən Tərtərdə səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir

02 iyul 2024 | 15:08

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 2 iyun 2024-cü il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.

Rayon sakinləri  əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.

“Asan xidmət” sakinlərə səyyar şəkildə tərcümə, tibbi, bank xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesterindən arayışın verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin olunması, ümumvətəndaş pasportalarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərir.

“ASAN xidmət”in səyyar avtobusu rayonda 29 iyul 2024-cü il tarixədək   xidmət göstərəcəkdir.

Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ASAN xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış olub, sakinlərin qayğıları ilə maraqlanıb, onlarla səmimi söhbət edib.

Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər