Şriftin ölçüsü :

Saytın rəngi :

Borsunlu kənd sakinlərinin müraciətləri öz həllini tapıb

20 avqust 2025 | 09:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayonunun Borsunlu kənd sakinləri rayon icra hakimiyyətinə müraciət edərək örüş sahələrinin sərhədlərinin müəyyənləşdirilməsinə köməklik edilməsini xahiş ediblər.

Müraciət əsasında Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, İƏD üzrə nümayəndə, bələdiyyə sədri, aidiyyəti şəxslər kənd sakinləri ilə birlikdə əraziyə baxış keçirmiş, örüş sahələrinin sərhədləri müəyyənləşdirilərək vətəndaşların müraciəti təmin edilmişdir.

Kənd sakinləri müraciətlərinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər