Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli İlham Mustafayevin Müraciəti həll olunub

23 dekabr 2025 | 14:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Tərtər rayonunun Cəmilli kənd sakini, Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli Mustafayev İlham Abbas oğlu rayon rəhbərinin növbəti qəbulu zamanı müraciət edərək həyətində olan işıq dirəyinin çıxarılaraq yerinin dəyişdirilməsinə köməklik olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişinə uyğun olaraq Tərtər Elektirik şəbəkisinin əməkdaşları tərəfindən işıq dirəyinin yeri dəyişdirilərək qazimizin müraciəti qısa müddətdə həll olunmuşdur.

İlham Mustafayev müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər