Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü”ndə Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin yeni müasir tipli binası istifadəyə verilib

15 sentyabr 2023 | 13:17

“Bilik Günü”ndə bu münasibət ilə  keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi Faiq Qarayev, rayon prokuroru Əli Qurbanov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, məktəbin kollektivi ,valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Əvvəlcə tədbirdə 2022-2023-cü tədris ilinin başlanması münasibətilə dövlət himni səsləndirilib. Sonra  Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda  canlarını qurban verniş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakşılarını yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə yeni-yeni uğurlar diləyib. İcra başçısı bildirib ki, bu ilki “Bilik Günü” onlar üçüçn ikiqat bayramdır. Çünki artıq  yeni məktəbdə təhsil alacaqlar.

Yeni məktəb binasında müəllimlərin tədris prosesini həyata keçirməsi, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Rayon rəhbəri gələcəyimiz olan yeniyetmə və gənclərin onlar üçün yaradılan bu imkanlardan maksimum faydalanmalarını tövsiyyə edib, layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişərək, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin bütün sahələrdə davamlı uğurları üçün səfərbər etmələrini arzulayıb.

Sonra icra başçısı  ölkə rəhbərinin, Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı həyata keçirdikləri irihəcmli layihələrdən, yeni tikilən məktəblərdən, uşaq evlərindən, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən tədbirlərdən danışıb.

Qeyd olunub ki, Respublika Prezidenti cənab İlham Əliyev Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Ötən il 432 şagird-yerlik Xoruzlu kənd tam orta məktəbi istifadəyə verildi.

Bu tədris ilində isə  Heydər Əliyev Fondu tərəfindən 320 şagird-yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilib. Artıq həmin məktəblərdə təhsil alan şagirdlər  daha geniş, işıqlı, bütün tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqlarında dərs keçəcəklər.

Təhsil Nazirliyinin xətti ilə təmir olunan şəhər 3 nömrəli, Bala Kəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində də təmir işləri  yekunlaşıb.

Tərtər rayonunda təhsilə, onun maddi- texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə rayon rəhbəri  möhtərəm cənab prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayonumuzun sakinləri adından öz minnətdarlığını bildirib.

Milli Məslisin deputatı Sahib Alıyev çıxış edərək kolletivi yeni tədris ilinin başlanması və yeni məktəbin istifadəyə verilməsi münasibəti ilə təbrik edib, elm-təhsilin yüksək səviyyədə inkişaf edən ölkələrin iqtisadi və mədəni yüksəlişinin də təmin edildiyini bildirib. Deputat Ümummilli Liderin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğını, məhz  Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan elminin inkişaf dövrünə qədəm qoyduğunu vurğulayıb.       

Tədbirdə  Təhsil Nazirliyinin nümayəndəsi Faiq Qarayev, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin şagirdi olmuş Vətən Müharibəsi şəhidi Xəyal Aslanovun atası Qüdrət Aslanov, rayon Ağsaqqqallar Şurasının sədri Faiq Məmmədov, məktəbin direktoru Arzu  Babayeva  çıxış edərək yeni istifadəyə verilən məktəb binasının müasir təhsil standartlarına cavab verdiyini bildiriblər.

Yeni məktəb binası ilə tanış olan tədbir iştirakçılarına məktəbin direktoru məlumat verərək bildirib ki, məktəbin köhnə binası 1974-cü ildə inşa edilmişdir, 220 şagird yerlik idi. Təhsil Nazirliyi tərəfindən tikilən yeni bina isə 360 şagird yerlikdir. Məktəbin geniş akt, idman zalları, bütün lazımi avadanlıqlarla təchiz olunmuş fənn kabinələri, labaratoriyaları, oğlan və qızlar üçün ayrıca 2 texnologiya kabinəsi, kitabxana və 60 yerlik mətbəxti var. 

Bu il məktəbdə 394 nəfər şagirdin təlim-tərbiyəsi ilə 37 nəfər müəllim məşğul olacaq. Məktəbdə iki məktəbəhazırlıq qurupunda 36 nəfər 5 yaşlı var.

Məktəbin direktoru Arzu  Babayeva onlara yeni məktəb binası tikildiyi üçün pedaqoji kollekiv adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər